ABŞ konqresmeni: Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin çəkilməsini dəstəkləməlidir

ABŞ konqresmeni: Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin çəkilməsini dəstəkləməlidir "Bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılmasının yeganə üsuludur"
Energetika
14 Avqust , 2018 07:57
ABŞ konqresmeni: Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin çəkilməsini dəstəkləməlidir

Bakı. 14 avqust. REPORT.AZ/ Amerikalı konqresmen Devin Nunes bildirib ki, Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin (TAP) çəkilməsini dəstəkləməlidir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Washington Examiner" nəşri yazıb.

Onun sözlərinə görə, bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılmasının yeganə üsuludur. Belə olan halda, Avropa ölkələri, xüsusilə də, Almaniya daha "Rus ayısı"nı pul ilə bəsləməyəcək.

Nunes həmçinin bildirib ki, bu qaz kəməri üçün yeganə maneə Rusiyanın İtaliyada apardığı təbliğatdır. Moskva bu təbliğatın köməkliyi ilə layihənin həyata keçirilməsinə mane olmaq məqsədi ilə yalan məlumat yayır.

"Transadriatik qaz kəmərinin tikintisi ilə Avropa üçün daha bir qaz mənbəyi yaranmış olacaq. Bu vəziyyət Avropa ölkələrinin Rusiya qazından asılılığını aşağı salacaq", - deyə konqresmen əlavə edib.

Son xəbərlər

Orphus sistemi