ABŞ-ın yeni sanksiyaları Rusiyanın enerji sektoru ilə bütün əlaqələri əhatə edəcək

ABŞ-ın yeni sanksiyaları Rusiyanın enerji sektoru ilə bütün əlaqələri əhatə edəcək Sanksiyalar 29 yanvar 2018-ci ildən qüvvəyə minəcək
Energetika
1 Noyabr , 2017 13:40
ABŞ-ın yeni sanksiyaları Rusiyanın enerji sektoru ilə bütün əlaqələri əhatə edəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ hökuməti Rusiyanın neft-qaz şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirir. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni sanksiyaların tətbiqi ABŞ və üçüncü ölkələrin Rusiyanın neft-qaz kompleksinin şirkətləri ilə əməkdaşlığı qadağan edir. Yeni sanksiyanın layihəsi daha öncə qüvvədə olan 4 nömrəli tələbnamənin modifikasiya edilmiş variantıdır. Qeyd edək ki, bu tələbnamə 2014-cü ilin sentyabr ayında dərc olunub və daha sonra genişləndirilib. Tələbnamə bu ilin yay aylarında "ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə təsir" qanununun qəbul edilməsinə qədər uzanıb. Qanun Rusiya, İran və Şimali Koreya ilə təktərəfli sanksiyalar rejiminin sərtləşdirilməsini nəzərdə tutur.

Buna qədər tələbnamə ABŞ şirkətlərinə RF ərazisində Arktika şelfində Rusiya şirkətləri ilə əməkdaşlığı qadağan edirdi. Modifikasiya olunmuş tələbnamə əlavə qadağaları nəzərdə tutur və 2018-ci il yanvarın 29-da qüvvəyə minir.

ABŞ Dövlət Departamentinin bəyanatına görə, yeni məhdudiyyətlər nəinki Rusiya, karbohidrogen potensialı olan hər bir ərazini əhatə edəcək. Yeni qaydalar üçüncü ölkələrdən olan şirkətlərin Rusiya şirkətləri ilə ortaq layihələrdə 33% və daha çox və ya əsas səs çoxluğuna sahib olması hallarını da əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi