ABŞ-ın xam neft ehtiyatları keçən həftə 5,5 mln barel və ya 1,2% azalaraq 441,4 mln barel təşkil edib. Ekspertlər xam neft ehtiyatlarının 1,7 mln barel azalacağını proqnozlaşdırırdılar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Enerji Məlumat İdarəsinin (EIA) hesabatında bildirilib.
Məlumata görə, kommersiya xam neft ehtiyatları 1,1 mln barel, strateji xam neft ehtiyatları isə 635 mln barel səviyyəsində sabit qalıb.
Eyni dövrdə ABŞ-ın benzin ehtiyatları 2 mln barel və ya 0,8% artaraq 239,3 mln barel olub. Bazar gözləntisi isə 1,6% idi.
Xatırladaq ki, benzin ehtiyatları keçən həftə 2,5 mln barel artıb.