ABŞ-ın strateji neft ehtiyatları 12 illik minimuma düşüb

ABŞ-ın strateji neft ehtiyatları 12 illik minimuma düşüb ABŞ-ın idxal neftindən asılılığı azalıb
Energetika
6 İyul , 2017 16:28
ABŞ-ın strateji neft ehtiyatları 12 illik minimuma düşüb

Bakı. 6 iyul. REPORT.AZ/ Son 17 həftə ərzində ABŞ-ın strateji neft ehtiyatları 13 mln. barel və ya 1,87% azalaraq 682 mln. barelə enib. Bu, son 12 ilin minimal səviyyəsini təşkil edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyi ilin əvvəlindən strateji neft ehtiyatlarını satacağı ilə bağlı xəbər yayıb.

ABŞ Prezidenti Donald Trampın administrasiyası gələcəkdə də neft satışını davam etdirməyi planlaşdırdığını açıqlayıb. Buna səbəb kimi ölkənin borc yükünün azaldılması niyyəti göstərilir. Yaxın 10 ildə ABŞ 270 mln. barel neft satacağını bildirib. Analitiklər hesab edirlər ki, strateji neft ehtiyatlarının azalması normal hadisədir. Belə ki, son illərdə ABŞ-da neft hasilatı artdığı üçün neft idxalına ehtiyac xeyli azalıb. Ölkə öz neft tələbatını daxili istehsal hesabına təmin etməyə başladığına görə, neft ehtiyatlarının bu səviyyədə saxlanılmasına ehtiyac yoxdur.

Qeyd edək ki, strateji neft ehtiyatlarının yaradılmasına 1973-cü ildə Yaxın Şərq ökələrinin ABŞ-a embarqo tətbiq etməsindən sonra başlanılıb. Ehtiyatların cari qiyməti 31 mlrd. ABŞ dollarına yaxındır.  

Son xəbərlər

Orphus sistemi