ABŞ-ın sanksiyaları Rusiyanın neft şirkətlərinin gəlirinə səbəb olub

ABŞ-ın sanksiyaları Rusiyanın neft şirkətlərinin gəlirinə səbəb olub ABŞ hökumətinin İran və Venesuelanın neft ixracatına qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində dünya bazarında Rusiya neftinə tələbat artaraq bu ölkənin neft şirkətlərinin gəlirlərinə səbəb olub.
Energetika
16 Avqust , 2019 11:28
ABŞ-ın sanksiyaları Rusiyanın neft şirkətlərinin gəlirinə səbəb olub

ABŞ hökumətinin İran və Venesuelanın neft ixracatına qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində dünya bazarında Rusiya neftinə tələbat artaraq bu ölkənin neft şirkətlərinin gəlirlərinə səbəb olub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyul ayınadək müddət ərzində “Urals” markasının “Brent”ə nisbətinin son beşillik orta səviyyəsinə nisbətən artımı nəticəsində Rusiyanın neft şirkətləri azı 905 milyon dollar əlavə gəlir götürüb.

Rusiya neftinə marağın artmasına rəvac verən amillər arasında OPEC üzv və tərəfdaş ölkələrində hasilatın azalması da göstərilir. Nəticədə “Brent markasına nisbətən ucuz sayılan “Urals” markası artıq bu ilin yanvar ayından etibarən daha baha qiymətə satılmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi