Bakı. 13 avqust. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Devin Nunyes bəyan edib ki, Trans Adriatik Boru Kəməri (TAP) layihəsini dəstəkləyir.
Bu barədə "Report" "Washington Examiner" nəşrinə istinadən xəbər verir.
"ABŞ Qərbi Avropanı daha çox LNG ilə təchiz edə bilsə və TAP vasitəsilə İtaliyaya daha çox qaz verilsə, Avropanın qaz tədarükü üzrə iki mənbəmiz olacaq", - deyə o, qeyd edib.
D.Nunyesin fikrincə, Şərqi Avropanın Rusiya qazından asılılığının azaldılması dünya arenasında və kiberməkanda iki supergüc arasında yaşanan geniş münaqişədə Moskvanı üstələmək üçün yeganə yoldur.