Yuxarı
    Bağlamaq

    ABŞ-ın neft sənayesi qasırğa təhlükəsi ilə üzləşə bilər

    Bu, dünya bazarında nefti bahalaşdıra bilər

    Bakı. 6 iyun. REPORT.AZ/ Bu il yayın sonunda və yaxud payızın əvvəlində ABŞ-da bir neçə böyük qasırğa hadisəsi baş verə bilər. 

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) məlumat yayıb. 

    Məlumatda qasırğaların Meksika körfəzindəki qazmaçılar, neft emal edən zavodlar üçün potensial təhlükə olduğu qeyd edilib. 

    NOAA-da hesab edirlər ki, qasırğa mövsümünün normal keçməsi ehtimalı 45%-dir. Mövsümün normaldan aşağı və daha təhlükəli keçməsi ehtimalı isə müvafiq olaraq 35% və 20%-dir. Proqnozlar göstərir ki, bu mövsümdə ABŞ-da 11-17 dəfə küləkli havanın olması ehtimalı 70%-ə bərabərdir. Bunlardan 5-9-u qasırğa, 2-4-ü isə şiddətli qasırğa ola bilər. 

    NOAA-nın aparıcı sinoptiki Cerri Bell bildirib ki, bu mövsüm çoxlu sayda qasırğa gözlənilir. 

    Xatırladaq ki, son 10 ildə ABŞ-da böyük qasırğa qeydə alınmayıb. 2005-ci ildə "Katrina" və Rita" qasırğaları Meksika körfəzində 115 neft platformasını məhv edib, 52-nə isə zərər vurub. O zaman dünya bazarında "WTI" markalı neftin qiymətində 20% artım qeydə alınmışdı. Qiymətlər 57 dollar/bareldən 69 dollar/barelə yüksəlmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi