ABŞ-ın neft ehtiyatları təxminən 4,6 milyon barel azalıb

ABŞ-ın neft ehtiyatları təxminən 4,6 milyon barel azalıb ABŞ-da kommersiya neft ehtiyatları son bir həftədə 4,553 milyon barel azalaraq yanvarın 7-nə 413,298 milyon barel təşkil edib.
Energetika
13 Yanvar , 2022 04:48
ABŞ-ın neft ehtiyatları təxminən 4,6 milyon barel azalıb

ABŞ-da kommersiya neft ehtiyatları son bir həftədə 4,553 milyon barel azalaraq yanvarın 7-nə 413,298 milyon barel təşkil edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Eyni zamanda “Bloomberg”in suallarını cavablandıran analitiklər ehtiyatların 1,85 milyon barrel azalacağını gözləyirdilər.

Bu məlumat dünya bazarlarında nefti bahalaşdırıb. Belə ki, “Brent” neftinin mart fyuçersləri 1,64% bahalaşaraq, 1 bareli 85,09 ABŞ dollarına satılıb.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti bundan əvvəl 2021-ci il noyabrın 10-da ilk dəfə bir barel üçün 85 dolları keçib.

Son xəbərlər

Orphus sistemi