ABŞ-ın neft ehtiyatları bir həftədə 1,12 milyon barel artıb

ABŞ-ın neft ehtiyatları bir həftədə 1,12 milyon barel artıb ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 1,12 milyon barel artaraq 481,18 milyon barrelə çatıb.
Energetika
22 Mart , 2023 22:45
ABŞ-ın neft ehtiyatları bir həftədə 1,12 milyon barel artıb

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 1,12 milyon barel artaraq 481,18 milyon barrelə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Benzinin əmtəə ehtiyatları 6,4 milyon barel azalaraq 229,6 milyon barel təşkil edib. Kommersiya məqsədli distillat ehtiyatları 3,31 milyon barel azalaraq 116,4 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1,8 milyon barel, benzin ehtiyatlarının 2,36 milyon barel, distillə ehtiyatlarının isə 1,5 milyon barrel azalacağını gözləyirdilər.

Son xəbərlər

Orphus sistemi