ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 4,14 milyon barel artıb

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 4,14 milyon barel artıb ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4,14 milyon barel artaraq 452,69 milyon barelə çatıb.
Energetika
2 Fevral , 2023 05:28
ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 4,14 milyon barel artıb

ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4,14 milyon barel artaraq 452,69 milyon barelə çatıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Benzinin əmtəə ehtiyatları 2,58 milyon barel artaraq 234,6 milyon barel təşkil edib.

Kommersiya məqsədli distillat ehtiyatları 2,32 milyon barel artaraq 117,59 milyon barelə çatıb.

Maraqlıdır ki, ekspertlər neft ehtiyatlarının 1 milyon barel azalacağını, benzin ehtiyatlarının 2 milyon barel artacağını və distillat ehtiyatlarının isə 1,5 milyon barel azalacağını gözləyirdilər.

Son xəbərlər

Orphus sistemi