Yuxarı
    Bağlamaq

    ABŞ-ın neft ehtiyatları 2,5 mln. barel artıb

    Bu, analitiklərin proqnozlarından 500 min barel azdır

    Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 18-dən 24-nə qədər davam həftə ərzində ABŞ-ın xam neft ehtiyatları 2,5 mln. barel artıb. 

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (APİ) məlumat yayıb. 

    Bu, analitiklərin proqnozlarından 500 min barel azdır. 

    APİ-nin hesabatı ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün açıqlayacağı rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur. EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 3 mln. barel artım nümayiş etdirməli, benzin ehtiyatları 0,4 mln. barel, distillat ehtiyatları isə 1 mln. barel azalmalıdır.

    Qeyd edək ki, APİ-nin hesabatı dünyü bazarında "Brent" markalı neftin qiymətinin 2,66% artaraq 56,7 dollar/barelə çatmasına səbəb olub. Bu gün açıqlanması gözlənilən EİA hesabatı və martın 3-də açıqlanacaq "Baker Hughes" şirkətinin ABŞ-ın həftəlik neft hasilatı və aktiv qazma quyularının sayı barədə məlumatı əsasında neft qiymətlərinin hərəkət trayektoriyası müəyyənləşəcək.

    "Report"un analitik qrupu hesab edir ki, neftin ucuzlaşması bu gün də davam edəcək. "Brent" markalı neftin qiyməti 50 dollar/barelə qədər geriləyə bilər. Lakin yaxın perspektivdə qiymətin 45 dollar/bareldən aşağı düşəcəyi proqnozlaşdırılmır. Qiymətin maksimum həddi isə 65 dollar/barel ola bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi