ABŞ-ın keçmiş enerji katibi Bayden administrasiyasının qərarını tənqid edib

ABŞ-ın keçmiş enerji katibi Bayden administrasiyasının qərarını tənqid edib ABŞ Strateji Neft Ehtiyatının (SPR) bir hissəsini açmaq barədə Prezident Cozef Bayden administrasiyasının qərarı yanlış siyasi seçimdir.
Energetika
24 Noyabr , 2021 14:51
ABŞ-ın keçmiş enerji katibi Bayden administrasiyasının qərarını tənqid edib

ABŞ Strateji Neft Ehtiyatının (SPR) bir hissəsini açmaq barədə Prezident Cozef Bayden administrasiyasının qərarı yanlış siyasi seçimdir.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bunu Donald Tramp administrasiyasının enerji katibi olmuş Dan Brulyett bildirib.

Onun sözlərinə görə, SPR ölkənin milli təhlükəsizliyini qoruyan mühüm amil olub fövqəladə hadisələr vaxtı neft tədarükünün kəsilməsi kimi hallarda açılıb istifadə oluna bilər: “Burada tədarüklə bağlı yox, yalnız və yalnız siyasətlə bağlı fövqəladə hadisə görürəm”.

Keçmiş enerji katibinin fikrincə, bu qərar Bayden hökumətinin daha çox gələn il keçiriləcək ara seçkilərindən narahatlıq keçirdiyini göstərir: "Neftin qiymətinə təsir etməyin ən sərfəli vasitə hasilatın həcmini dəyişdirməkdir. Bizim gündəlik 13 milyon barel neft istehsal etməyimiz həqiqətən də üç-dörd il ərzində bazara düzən verib. İndi qiymətlərə təsir göstərmək istəyiriksə, SPR kimi milli sərvətə əl atmadan əvvəlki yanaşmaya qayıtmağımız zəruridir”.

Xatırladaq ki, dünən Prezident Cozef Bayden neftin qiymətini aşağı salmaq məqsədilə SPR-dən 50 milyon barel neft satmaqla bağlı qərar verib.

Son xəbərlər

Orphus sistemi