ABŞ-ın energetika naziri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib

ABŞ-ın energetika naziri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb
Energetika
16 May , 2017 18:06
ABŞ-ın energetika naziri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib
Report.az

Bakı. 16 may. REPORT.AZ/ ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb. 

"Report" Energetika Nazirliyindən verilən məlumata görə, R.Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə Natiq Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb. 

ABŞ-ın energetika naziri Dövlət Departmentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib: “Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm". 

"Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm”, - deyə energetika naziri R.Perrinin məktubunda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi