Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ-ın “Anadarko" neft şirkəti Yeni Zelandiyadakı dəniz bloklarının bir neçəsi üzrə lisenziyasını ləğv edir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Kaikoura və Vellinqton sahillərindən 7,085 kvadratmetr məsafədə yerləşən ərazidə, “Pegasus” hövzəsində istismar üzrə iki lisenziyadan imtina etmək qərarına gəlib.
Yeni Zelandiyanın "Yaşıl" Partiyası Vairarapa, Vellinqtondakı çimərlikərin və Cənub Adasının şimal hissəsinin “Anadarko”nun “Pegasus” hövzəsində lisenziyalarından imtina etməsindən sonra ən azı neft dağılmalarının yaratdığı risklə üzləşməsini bildirən xəbərləri alqışlayıb.
"Yaşıl" Partiyanın Enerji və Resurslar üzrə sözçüsü Qaret Xyuz (Gareth Hughes) bildirib ki, bu, Vellinqtonun cənub sahilində dərin dəniz yataqlarının qazılmasına etiraz edən hər bir şəxsin qələbəsidir. "Yaşıl" Partiya son zamanlarda müəyyən edib ki, bütün bölgələrin yarıdan az hissəsi dəniz sahillərinin mühafizəsi üçün tədbirlər görüb.
Şirkət 2008-ci ildən Yeni Zelandiyada tədqiqat işlərini davam etdirir. 2014-cü ildə “Anadarko” “Noble Corp.” qazma gəmisindən istifadə etməklə dərinsulu “Taranaki” hövzəsində və “Canterbury” hövzəsində iki kəşfiyyat quyusu qazıb.
Xəbər təsdiqlənərsə, “Anadarko” üç aydan az müddətdə Yeni Zelandiyada lisenziyanı ləğv edən ikinci şirkət olacaq.
Xatırladaq ki, Norveçin “Statoil” neft şirkəti bu il oktyabr ayında Yeni Zelandiyanın “Reinga” hövzəsində neft və qaz yatağı axtarışını dayandırmasını bildirib.
“Statoil”un Yeni Zelandiya üzrə meneceri bildirib: "Ötən üç il ərzində axtarış sahəsinin 2D seysmik məlumatlarının təqdiqatı göstərib ki, nəhəng neft və ya qaz yataqlarının kəşfi ehtimalı azdır. Beləliklə, Nortlandda işləri yekunlaşdırmağı və Krauna qaytarmağı qərara aldıq."
“Greenpeace” sözçüsü Stiv Abel (Steve Abel) deyib ki, “Anadarko”nun “Pegasus” hövzəsində lisenziyalardan imtina etməsi hökumətin neft yataqları ilə bağlı qazma işləri aparmasında böyük çətinliklə üzləşdiyinin daha bir nümunəsidir: "Hökumətin iqtisadi strategiyasının əsasını neft proqramı təşkil edir, lakin 8 illik axtarışın nəticəsi olaraq yeni neft yatağının tapılmaması bu sahənin uğursuzluğa düçar olmasının göstəricisidir."