ABŞ-ın aktiv neft quyularının sayı son həftədə dəyişməyib

ABŞ-ın aktiv neft quyularının sayı son həftədə dəyişməyib Qaz quyularının sayında cüzi azalma olub
Energetika
2 Yanvar , 2018 15:14
ABŞ-ın aktiv neft quyularının sayı son həftədə dəyişməyib

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı dekabrın 23-dən 29-na qədər dəyişməyərək 747 ədəd təşkil edib.

"Report" xəbər verir ki, məlumatı ABŞ-ın "Baker Hughes" şirkəti yayıb. 

Məlumata görə, hesabat həftəsində aktiv qaz quyularının sayı 2 ədəd və ya 1,09% azalaraq 182-ə enib. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 2 ədəd və yaxud 0,21% azalaraq 929 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 222 ədəd və yaxud 42,3%, aktiv qaz quyularının sayı 50 ədəd və yaxud 37,9%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 271 ədəd və yaxud 41,2% artıb.

Qeyd edək ki, 2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddi deməkdir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,36 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,6% aşağıdır.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 55-73 dollar arasında dəyişəcək.

Son xəbərlər

Orphus sistemi