ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir

ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir.
Energetika
13 Mart , 2019 11:03
ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir

ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“Biz tamamilə İranın neft ixracını sıfıra endirmək niyyətindəyik", - o deyib.

Qeyd edək ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinin bəyan etdiyi kimi, sanksiyalar 700-dən çox hüquqi və fiziki şəxsə, İranın gəmilərinə və təyyarələrinə qarşı tətbiq olunub. Eyni zamanda rəsmi Vaşinqton Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə üçün neft sanksiyalarından müvəqqəti istisnalar təqdim edib. Bu ölkələrə 180 günlük güzəşt edilib.

Son xəbərlər

Orphus sistemi