ABŞ İrana qarşı sanksiyalarda İraqa güzəşt edir

ABŞ İrana qarşı sanksiyalarda İraqa güzəşt edir Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ İrana qarşı sanksiyalarla bağlı İraqa bir sıra güzəştlərə gedib.
Energetika
6 Noyabr , 2018 14:26
ABŞ İrana qarşı sanksiyalarda İraqa güzəşt edir

Bakı. 6 noyabr. REPORT.AZ/ "ABŞ İrana qarşı sanksiyalarla bağlı İraqa bir sıra güzəştlərə gedib".

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

O, təfərrüata varmadan güzəştlərin İran neftinin idxalına şamil olunmadığını vurğulayıb.

Agentlik həmçinin İraq hökumətindəki adları çəkilməyən rəsmi şəxslərə istinadən bildirib ki, İraq hazırda İrandan təbii qaz və elektrik enerji idxal edir və ödənişlərin İraq dinarı ilə aparılması üçün bank hesabı açıb.

Son xəbərlər

Orphus sistemi