ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yenilədi

ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yenilədi ABŞ Enerji Departamenti 2021-ci ildə “Brent” markalı neftin orta qiymətinə dair proqnozunu 48,53 dollardan 52,7 dollaradək artırıb.
Energetika
13 Yanvar , 2021 20:19
ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yenilədi

ABŞ Enerji Departamenti 2021-ci ildə “Brent” markalı neftin orta qiymətinə dair proqnozunu 48,53 dollardan 52,7 dollaradək artırıb.

“Report” xəbər verir ki, Enerji Məlumatları Administrasiyasının (EIA) hesabatına görə, 2022-ci ildə “Brent” markalı neftin qiyməti 53,44 dollar səviyyəsində olacaq.

Bununla yanaşı, ölkədə ötən ilin yekununda 11,3 milyon barel olan neft hasilatının 2021-ci ildə 11,1 milyon barelədək azalacağı, 2022-ci ildə isə 11,5 milyon barelədək artacağı güman olunur.

Dünyada neft istehlakının 2020-ci ildə illik 9 milyon barel azalsa da, 2021-ci ildə 5,6 milyon barel, 2022-ci ildə də 3,3 milyon barel olacağı irəli sürülür.

OPEC-ə üzv ölkələrdə neft hasilatının ötən ilki 25,6 milyon barelə qarşı 2021-ci ildə 27,2 milyon barel, 2022-ci ildə isə daha 1,1 milyon barel artacağı ehtimal olunur.

Qeyd edək ki, bu gün keçirilən hərraclarda Bakı vaxtı ilə saat 15:38-ə olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyuçersləri 0,02 faiz bahalaşaraq 56,59 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 0,17 faiz bahalaşaraq 53,29 dollardan satılıb. Səhər hərracında isə neft 1,3-1,4 faiz bahalaşmışdı.

Son xəbərlər

Orphus sistemi