ABŞ Energetika Nazirliyi neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib ABŞ-da neft hasilatının 2018-ci ildə artacağı gözlənilir
Energetika
10 Fevral , 2017 09:12
ABŞ Energetika Nazirliyi neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) 2017-ci il üçün neft qiymətləri ilə bağlı proqnozlarını hər barel üçün 1,5 dollar və ya 2,8% yüksəldib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə EİA-nın "Enerji sektoru üzrə qısamüddətli icmal hesabatı"nda deyilir.

Hesabata görə, EİA 2017-ci ildə neft və neft məhsulları istehlakında qlobal miqyasda artım gözləyir. Bu səbəbədən cari ildə WTI markalı neftin orta illik qiymətinin 54 dollar/barel, "Brent"in isə 55 dollar/barel təşkil edəcəyi ehtimal olunur. Qeyd edək ki, EİA-nın keçən aykı hesabatında proqnozlar müvafiq olaraq 52,5 və 53,5 dollar/barel olub.

EİA bununla yanaşı ABŞ-ın 2017-ci ildə orta gündəlik neft hasilatı proqnozunu 9 mln. barel səviyyəsində saxlayıb, lakin 2018-ci il üçün 9,3 mln.-dan 9,5 mln. barelə yüksəldib.

Son xəbərlər

Orphus sistemi