ABŞ Energetika Nazirliyi: Neft 141 dollara qədər bahalaşacaq

ABŞ Energetika Nazirliyi: Neft 141 dollara qədər bahalaşacaq OPEC ölkələrində aylıq neft hasilatı 1 mln. barel artacaq
Energetika
114
12 May , 2017 14:17
ABŞ Energetika Nazirliyi: Neft 141 dollara qədər bahalaşacaq

Bakı. 12 may. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 2040-cı ilədək 141 dollar/barelə qədər yüksələ bilər. 

"Report" RBC agentliyinə istinadən xəbər verir ki, bu ehtimal ABŞ Energetika Nazirliyinin energetika bazarları ilə bağlı yenilənmiş proqnozunda əks olunub. 

Hesabatda bildirilir ki, neftə olan tələbat ən az OECD üzvü olmayan Avropa və Avrasiya regionundakı ölkələrdə və Rusiyada artacaq. 2040-cı il üçün bu ölkələrdə tələbat 14% yüksələcək. Buna səbəb kimi adı çəkilən regionlarda əhalinin sayının azalması və enerji effektivliyinin artması amilləri göstərilir.

"Bloomberg" agentliyinin əməkdaşı Layem Deninq (Liam Denning) hesab edir ki, 2012-ci illə müqayisədə 2040-cı ildə neftə gündəlik tələbat 31 mln. barel artacaq. Onun fikrincə, aylıq neft hasilatı dünyada 2015-ci ildən etibarən 1 mln. barel artım göstərəcək və OPEC üçün 2040-cı ilə 47 mln. barel/gün təşkil edəcək.