ABŞ-dan Yunanıstana ilk LNG partiyası ilin sonunadək çatdırılacaq

ABŞ-dan Yunanıstana ilk LNG partiyası ilin sonunadək çatdırılacaq Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ-dan Yunanıstana maye qazın (LNG) ilk partiyası bu ilin sonuna kimi çatdırılacaq.
Energetika
13 Dekabr , 2018 17:14
ABŞ-dan Yunanıstana ilk LNG partiyası ilin sonunadək çatdırılacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ-dan Yunanıstana maye qazın (LNG) ilk partiyası bu ilin sonuna kimi çatdırılacaq.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Ekologiya və Energetika Nazirliyindən bildiriblər.

Yunanıstanın DEPA qaz şirkəti ilə ABŞ-ın CHENIERE şirkəti arasında imzalanmış sazişə əsasən, 150 min kubmetr həcmdə qazın çatdırılması dekabrın 29-da baş tutacaq.

LNG yeni istifadəyə verilən "Revetus" LNG stansiyasının anbarına nəql ediləcək.

Son xəbərlər

Orphus sistemi