ABŞ-dan LNG ixracatı boru kəməri ilə qaz ixracını üstələyəcək

ABŞ-dan LNG ixracatı boru kəməri ilə qaz ixracını üstələyəcək 2022-ci ildə LNG ixracatının orta hesabla gündəlik 9,2 milyard kubfuta çatacağı proqnozlaşdırılır
Energetika
10 Fevral , 2021 15:12
ABŞ-dan LNG ixracatı boru kəməri ilə qaz ixracını üstələyəcək

ABŞ Energetika Nazirliyi 2022-ci ildə ölkədən mayeləşdirilmiş təbii qaz (LNG) ixracatının ilk dəfə boru kəməri ilə qaz ixracını üstələyəcəyini gözləyir.

“Report” “angi.ru”ya istinadən xəbər verir ki, bu barədə Nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir.

“2021-ci ildə ABŞ-dan LNG ixracatı orta hesabla gündəlik 8,5 milyard kubfut olacaq. 2022-ci ildə LNG ixracatının orta hesabla gündəlik 9,2 milyard kubfuta çatacağı proqnozlaşdırılır. Belə olacağı təqdirdə tarixdə ilk dəfə LNG ixracatı boru kəməri ilə təbii qaz ixracı həcmini üstələyəcək”, - hesabatda qeyd olunub.

Agentlikdən həmçinin bildirilib ki, Asiyanın spot bazarlarındakı yüksək qiymətlər fonunda ABŞ yanvar ayında rekord miqdarda – gündəlik 9,8 milyard kubfut LNG ixrac edib. Özü də hava şəraiti hələ “Sabine Pass”, “Corpus Christi” və “Cameron LNG” terminallarının fəaliyyətinə mənfi təsir göstərərək işlərin dayandırılmasına səbəb olub.

Ümumiyyətlə, yanvarda qlobal qaz qiymətlərinin yüksək olmasına baxmayaraq, bir sıra ölkələrdə LNG zavodlarının planlaşdırılmamış dayandırılması LNG bazarında tədarükün azalmasına səbəb olub.

“Adətən ixrac yönümlü LNG gücləri qış aylarında ən yüksək səviyyədə olur. Ancaq dekabrda ixrac yönümlü LNG istehsalı güclərindən 88 % həcmində istifadə olunub. Bu, son altı ildə bu ay üçün ən aşağı göstəricisidir”, - ABŞ Energetika Nazirliyinin hesabatında deyilir.

EIA-nın məlumatına görə, yanvarın 7-dən 13-dək ümumilikdə 16 gəmi ABŞ-ın ixrac obyektlərindən yola çıxıblar. Onların ümumi tutumu 9 milyard kubfut LNG olub. Bir həftə əvvəl isə 21 gəmi ABŞ-ın ixrac müəssisələrini tərk edib.

Son xəbərlər

Orphus sistemi