​ABŞ-dan gözlənilən xəbərlər neftin qiymətini ucuzlaşdırıb

​ABŞ-dan gözlənilən xəbərlər neftin qiymətini ucuzlaşdırıb "Brent" 0,05%, WTI 0,25% azalıb ucuzlaşıb
Energetika
25 Mart , 2015 09:59
​ABŞ-dan gözlənilən xəbərlər neftin qiymətini ucuzlaşdırıb

Bakı. 25 mart. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti ABŞ-da neftin həftəlik ehtiyatlarına dair xəbərlərin dərc olunması ərəfəsində düşür.

"Report"un məlumatına görə, "Brent" markalı neftin may fyuçerslərinin dəyəri 0,05% azalaraq bir barel üçün 55,08 dollar təşkil edib. WTI (West Texas Intermediate) markalı neftin may fyuçerslərinin bir barelinin qiyməti 0,25% azalıb və 47,39 dollara kimi enib.

Qeyd edək ki, bu gün ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının həcminə dair martın 20-də bitən həftəlik nəticələri açıqlayacaq. Reuters-in sorğu apardığı ekspertlərin gözləntilərinə görə, bu göstərici 1,1% və ya 5,1 mln. barel artacaq və 463,6 mln. barel təşkil edəcək.

Eyni zamanda neftin qiymətinə Səudiyyə Ərəbistanının neft sənayesi naziri Əli əl-Naiminin (Ali Al-Naimi) ölkəsinin neft hasilatını dayandırmaq niyyətində olmadığına dair bəyanatları da təzyiq göstərməkdə davam edir. S. Ərəbistanı gündəlik olaraq 10 mln. barel neft hasil edir.

"ABŞ-ın neft istehsalı əvvəlkitək artır. Səudiyyə Ərəbistanı isə hasilatı dayandırmır. Odur ki, müəyyən müddət həddindən artıq çox neftiin hasilatını müşahidə edəcəyik", - deyə "Bloomberg"ə "Tyche Capital Advisors"un meneceri Tarik Zahir bildirib. 

Son xəbərlər

Orphus sistemi