ABŞ-da xam neft ehtiyatlarının kəskin artması neft qiymətlərini sabitləşdirib

ABŞ-da xam neft ehtiyatlarının kəskin artması neft qiymətlərini sabitləşdirib Neft bazarının yeni xəbərə ehtiyacı var
Energetika
1 Fevral , 2017 12:27
ABŞ-da xam neft ehtiyatlarının kəskin artması neft qiymətlərini sabitləşdirib

Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ-da xam neft ehtiyatları 21-27 yanvar həftəsində 5,83 mln. barel artım göstərib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Neft İnstitutu (APİ) məlumat verib. Qeyd edək ki, bu hesabat bu gün axşam açıqlanacaq ABŞ-ın Energetika Nazirliyi Enerji İnformasiyaları Agentliyinin (EİA) rəsmi həftəlik göstəricilərinin proqnozu kimi qəbul edilir. APİ-dən verilən məlumata görə, hesabat həftəsində benzin ehtiyatları 2,86 mln. barel, distillatlar isə 2,27 mln. barel artıb.

Hesabatın açıqlanması neft qiymətlərinə ciddi təsir etməyib. "Brent" markalkı neftin qiyməti 55-56 dollar/barel səviyyəsində sabitləşib. "Report"un analitik qrupu bildirir ki, neft qiymətlərinin dar diapazonda hərəkət etməsinə səbəb OPEC və kartelə üzv olmayan ölkələrdən hasilatın azaldılması ilə bağlı xəbərlərin ABŞ-da neft hasilatının artması xəbərləri ilə kompensasiya edilməsidir. Analitik qrup neft qiymətlərinin dar aralıqdan qurtulması üçün neft bazarına hasilatda dəyişikliklə bağlı önəmli xəbərlərin daxil olması zəruri olduğunu bildirir. 

"Ortamüddətli perspektivdə isə neft qiymətlərinin 45-65 dollar/bareldə hərəkət etməsi proqnozlaşdırılır. Bu ilin sonuna qədər neft qiymətlərində trend dəyişikliyi gözlənilmir", - deyə analitiklər qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi