ABŞ-da xam neft ehtiyatlarının həcmi kəskin artıb

ABŞ-da xam neft ehtiyatlarının həcmi kəskin artıb OPEC-in Vyana sammiti nəticəsiz olsa, neftin qiyməti 40 dollar/bareldən aşağı düşəcək
Energetika
17 Noyabr , 2016 11:16
ABŞ-da xam neft ehtiyatlarının həcmi kəskin artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın xam neft ehtiyatlarının cəmi noyabrın 5-dən 11-nə qədərki hesabat həftəsində 5,274 mln. barel artıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsinin (EİA) hesabatında qeyd olunub. 

Hesabatın açıqlanması dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Məsələ ondadır ki, analitiklər ehtiyatların həcminin cəmi 1,5 mln. barrel artacağını proqnozlaşdırırdı. Halbuki, bundan bir gün əvvəl, noyabrın 15-də Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan iri hasilatçılar aralarında olan anlaşılmazlıqları aradan qaldıra biləcəkləri barədə açıqlama vermişdi və bu, əmtəə birjalarımnda neftin qiymətinin 5%-dən çox artaraq 47 dollar/bareli üstələməsinə gətirib-çıxarmışdır. İndi isə EİA-nən hesabatından sonra isə qiymət 46,5 dollara qədər azalıb. 

Xatırladaq ki, OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanda keçiriləcək sammitinə qədər üzv ölkələr hasilat kvotası müəyyənləşdirməyəcək. Sabah isə, Qətərin paytaxtı Dohada Beynəlxalq Qaz Hasilatçıları Forumunda Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ölkələrin neft hasilatının məhdudlaşdırılması ilə bağlı qeyri-rəsmi görüşlər keçirməsi gözlənilir.

Analitiklər OPEC-in Vyana sammitinin nəticə verəcəyini inamlarını itirdiklərini bildiriblər. Onların sözlərinə görə, İran, İraq, Nigeriya və Liviya neft hasilatının məhdudlaşdırılması ilə bağlı təklif olunan razılaşmanı dəstəkləməyəcəkləri barədə mesajlar veriblər. Bundan başqa, Rusiyanın bu məsələrə qeyri-müəyyən mövqeyi də anlaşmanın əldə olunmasını çətin olacağını göstərir.

"Report"un analitik qrupu hesab edir ki, OPEC-in Vyana sammiti nəticəsiz olsa, neftin qiyməti 40 dollar/bareldən aşağı düşəcək. 

Son xəbərlər

Orphus sistemi