Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-da şist neft hasilatı 2018-ci ilin oktyabrında sentyabr ayı ilə müqayisədə 79 min barel artaraq sutkada 7,59 milyon barelə çatacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin hesabatında deyilir.