ABŞ-da qazma qurğularının sayı mart ayından sonra ilk dəfə artıb

ABŞ-da qazma qurğularının sayı mart ayından sonra ilk dəfə artıb ABŞ-da fəaliyyət göstərən neft şirkətlərinin qazma qurğularını artıq bağlamadığı üçün həmin qurğuların sayında mart ayından sonra ilk dəfədir artım qeydə alınıb.
Energetika
205
24 Avqust , 2020 14:19
ABŞ-da qazma qurğularının sayı mart ayından sonra ilk dəfə artıb

ABŞ-da fəaliyyət göstərən neft şirkətlərinin qazma qurğularını artıq bağlamadığı üçün həmin qurğuların sayında mart ayından sonra ilk dəfədir artım qeydə alınıb.

“Report” xəbər verir ki, “Baker Hughes” beynəlxalq enerji texnologiyaları şirkətinin verdiyi məlumata görə, 14-21 avqust tarixləri ərzində ölkədə neft və qaz qazma qurğularının ümumi sayı 254 ədədə, neft qazma qurğularının isə sayı 11 ədəd artaraq 183-ə çatıb.

Ölkədə qazma qurğularının ümumi sayı 2019-cu ilə nisbətən 662 ədəd azalıb.

Xatırladaq ki, koronavirus pandemiyasının yaratdığı fəsadlar üzündən cari ilin mart ayında dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində bir çox yataqlarda hasilat işləri dayandırılmışdı. Qiymətlər tarixi minimumlar göstərdikdən sonra nisbətən dirçələndə şistli yataqlarda fəaliyyət göstərən şirkətlər yenidən qazma işlərinə başladılar.

Son xəbərlər

Orphus sistemi