ABŞ-da qazma qurğularının sayı 665 ədədə çatıb

ABŞ-da qazma qurğularının sayı 665 ədədə çatıb Qazma qurğuları həftə ərzində 7 ədəd artıb
Energetika
7 Yanvar , 2017 01:06
ABŞ-da qazma qurğularının sayı 665 ədədə çatıb

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ-da yanvarın 1-i başa çatan həftə ərzində qazma qurğularının sayı 7 ədəd artaraq 665-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Baker Hughes" şirkətinin məlumatında bildirilir.

Xüsusilə, neft hasilatı üçün qazılan qurğuların sayı 529 ədədə (bu göstərici ardarda 10 həftədir ki artır), qaz hasilatı üçün qazılanların sayı isə 135 ədədə çatıb.

Kanadada qazma qurğularının sayı həftə ərzində 48 ədəd artaraq 205-ə çatıb.

Son xəbərlər

Orphus sistemi