Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-da qazma qurğularının sayı həftə ərzində 16 ədəd artaraq 653-ə çatıb.
"Report" "Baker Hughes" neft-qaz xidməti şirkətinə istinadən xəbər verir ki, neft buruqlarının sayı 13 ədəd (523-dək), qaz buruqlarının sayı isə 3 ədəd (129) artıb.
Digər buruqların sayı əvvəlki 1 ədəd səviyyəsində qalıb.
Kanadada qazma qurğularının sayı 10 ədəd artaraq 224-ə çatıb. Neft buruqlarının sayı 10 ədəd (106-ya qədər), qaz buruqlarının sayı isə 3 ədəd (113) azalıb. Digər buruqların sayı 3 ədəd artaraq 5-ə çatıb.