Yuxarı

ABŞ-da OPEC-in neft bazarına təsirini məhdudlaşdıran qanun qəbul edilə bilər

Dinlə

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ Ədliyyə Nazirliyində OPEC-in (Neft İstehsalçısı və İxracatçısı Ölkələr Təşkilatı) dünya neft bazarına təsirini azaldan qanun layihəsi rəsmən müzakirə olunur.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, nazirlikdə adı çəkilməyən mənbəyə görə, vəziyyət hələlik araşdırılır, amma OPEC-in hasilat kvotaları vasitəsilə neftin qiymətinə təsir göstərmək siyasətinin amerikalı istehlakçılar üçün əlavə xərclərə səbəb olduğu artıq göz qabağındadır.

ABŞ Konqresindəki hər iki partiyanın dəstəklədiyi bu qanun layihəsi həm Nümayəndələr Palatasında, həm də Senatda müzakirəyə çıxarılıb. Lakin hələlik palataların heç birində sənədə dair səsvermə keçirilməyib.

Xatırladaq ki, bu il iyun ayının ortalarında Ohayo ştatından olan konqresmen Stiv Çabot tərəfindən təqdim edilən NOPEC (No Oil Producing and Exporting Cartels) adlı qanun layihəsi nümayəndələr palatasının hüquq komitəsində təsdiq olunmuşdu. Bu sənəd OPEC üzv ölkələrini ABŞ antiinhisar qanunları çərçivəsində kartel razılaşması iştirakçısı qismində tövsif etməklə imunitetdən kənarlaşdırmağı nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi