ABŞ-da neft-qaz buruqlarının sayı 944 ədədə çatıb

ABŞ-da neft-qaz buruqlarının sayı 944 ədədə çatıb Neft qurğularının sayı üç ədəd azalaraq 756-ə düşüb
Energetika
1300
8 Sentyabr , 2017 23:28
ABŞ-da neft-qaz buruqlarının sayı 944 ədədə çatıb
Choiz.m

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-da neft-qaz qazma qurğularının sayı ötən həftə ərzində 1 ədəd artaraq 944-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Baker Hughes" şirkəti məlumat yayıb.

Neft qurğularının sayı üç ədəd azalaraq 756-ə düşüb, qaz qurğularının sayı isə 4 ədəd artaraq 187-ə çatıb. Digər tipli qazma qurğularının sayı 2 ədəd səviyyəsində qalıb.

Kanadada neft-qaz qazma qurğularının sayı həftə ərzində 1 vahid artaraq 202-ə çatıb. Neft qurğularının sayı dəyişməz (102) qalıb, qaz qurğularının sayı 1 ədəd artaraq 100-ə çatıb.

Son xəbərlər

Orphus sistemi