Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ-da neft-qaz qurğularının sayı həftə ərzində 5 ədəd artaraq 940-a çatıb.
"Report" "Baker Hughes"a istinadən xəbər verir ki, neft qurğularının sayı 6 ədəd artaraq 750-yə, qaz qurğularının sayı bir ədəd azalaraq 189-a çatıb.
Kanadada neft-qaz qurğularının sayı həftə ərzində 7 ədəd azalaraq 213-ə düşüb.