ABŞ-da neft hasilatının və ölkənin neft ehtiyatlarının həcmi artmaqda davam edir

ABŞ-da neft hasilatının və ölkənin neft ehtiyatlarının həcmi artmaqda davam edir Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-da fevralın 3-dən 9-na qədərki həftə ərzində neft hasilatının gündəlik həcmi növbəti dəfə rekord həddə çatıb. Həmçinin, ölkədə neft ehtiyatlarının həcmi də artmaqda davam edib.
Energetika
15 Fevral , 2018 10:29
ABŞ-da neft hasilatının və ölkənin neft ehtiyatlarının həcmi artmaqda davam edir

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-da fevralın 3-dən 9-na qədərki həftə ərzində neft hasilatının gündəlik həcmi növbəti dəfə rekord həddə çatıb. Həmçinin, ölkədə neft ehtiyatlarının həcmi də artmaqda davam edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Hesabata əsasən, həftə ərzində gündəlik neft hasilatı 20 min barel və yaxud 0,2% artaraq 10,271 mln. barelə çatıb.

Hesabat həftəsində ABŞ-ın neft ehtiyatlarının həcmi isə 1,841 mln. barel və yaxud 0,44% artaraq 422,1 mln. barelə yüksəlib. Analitiklər ehtiyatların 3,1 mln. barel artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 1,895 mln. barel artım nümayiş etdirib.

ABŞ-ın benzin ehtiyatlarında da artım müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 1,8 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,599 mln. barel və yaxud 1,47 % artaraq 249,1 mln. barelə yüksəlib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 3,414 mln. barel artmışdı.

"Report"un analitik qrupu bildirir ki, bu xəbər dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 62 dollar/barelə düşüb. Lakin, qlobal iqtisadi artımın sürətlənməsi fonunda, dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel arasında dəyişəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi