​ABŞ-da neft hasilatının artması ilə bağlı gözləntilər bazara təsir edəcək

​ABŞ-da neft hasilatının artması ilə bağlı gözləntilər bazara təsir edəcək "Saxo Bank": Bu səbəbdən maliyyə bazarları iyul ayında əlavə təzyiqlə üzləşəcək
Energetika
24 İyun , 2015 09:26
​ABŞ-da neft hasilatının artması ilə bağlı gözləntilər bazara təsir edəcək

Bakı. 24 iyun. REPORT.AZ/ Dünya neft bazarında müşahidə olunan dəyişikliklər səbəbindən iyul ayında maliyyə bazarları əlavə təzyiqlə üzləşəcək. Bunu "Report"a açıqlamasında "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib.

O.Hansenin sözlərinə görə, son iki ayda dünya neft bazarında "öküzlər" hökmranlıq edib. Lakin İranın iyunun 30-da xammal ixracı həcmini artırmağı planlaşdırması iyulda maliyyə bazarlarına əlavə təzyiq yaradacaq.

"Hazırda neft bazarı ziddiyyətli durumdadır. Dolların son zamanlar zəif olması və Yunanıstan məsələsi bazarlarda müəyyən yüksəlişə şərait yaradır. Ancaq qeyd etmək lazımdır ki, Avropa bazarlarında neft xammalının həcminin artıqlığı və ixracatçıların alıcı axtarışı fonunda Liviya nefti də dünya bazarına daxil olmaq üçün yol axtarır. Bundan əlavə, son 4 həftədə ABŞ-da fəaliyyətdə olan buruqların sayında ümumilikdə azalma müşahidə olunsa da, ABŞ-ın şist neft ixracı üzrə iki ən böyük şirkəti olan "Bakken" və "Permian" WTI markalı neftin qiymətinin 1 barelə görə 60 dollar civarında dəyişməsinə əsaslanaraq əlavə buruqları işə salıblar. Əsas diqqəti İran məsələsinin inkişafına və ABŞ-da tələbin azalması ehtimallarına yönəltmək lazımdır", - deyə "Saxo Bank"ın eksperti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi