ABŞ-da neft hasilatı martdan bəri 20% azalıb

ABŞ-da neft hasilatı martdan bəri 20% azalıb ABŞ-da mayın 20-nə olan neft hasilatı mart ayının pik səviyyəsindən, təxminən, 20% azalıb. Bu, elə Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ sazişi çərçivəsində azaltmağı öhdəsinə götürdüyü hasilat həcminə bərabərdir.
Energetika
23 May , 2020 13:08
ABŞ-da neft hasilatı martdan bəri 20% azalıb

ABŞ-da mayın 20-nə olan neft hasilatı mart ayının pik səviyyəsindən, təxminən, 20% azalıb. Bu, elə Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ sazişi çərçivəsində azaltmağı öhdəsinə götürdüyü hasilat həcminə bərabərdir.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” nəşri “Wood Mackenzie” konsaltinq şirkətinin bölməsinə istinadən məlumat yayıb.

“Wood Mackenzie” konsaltinq şirkətinin bölməsi olan “Genscape” ABŞ-da mayın 20-nə olan neft hasilatının martdakı pik səviyyədən (13,24 milyon barel/gün) 2,3 milyon barel azaldığını bildirib”, - qəzet yazıb.

Xatırladaq ki, mayın 20-də ABŞ Energetika Nazirliyi ölkədə həftəlik hasilatın 100 min barrel azalaraq gündəlik 11,5 milyon barel səviyyəsinə endirildiyini bildirmişdi.

Ümumiyyətlə, OPEC+ ölkələri aprel ayında neft hasilatını may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və ardından 2022-ci ilin aprel ayının sonunadək 5,8 milyon azaltmaq barədə razılıq əldə edib. İstinadlar nöqtəsi 2018-ci ilin oktyabr ayının göstəricisi olub. Amma Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik 11 milyon barel baza göstərici qəbul edilib və bu göstərici müvafiq olaraq 23%, 18% və 14% həcmində azalacaq. Ən böyük azalmalar da məhz bu iki dövlətin payına düşəcək - əvvəlcə gündəlik 2,51 milyon, sonra isə 2,01 milyon barel.

Son xəbərlər

Orphus sistemi