ABŞ-da neft hasilatı bərpa olunub

ABŞ-da neft hasilatı bərpa olunub Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-da 5-12 yanvar həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.
Energetika
19 Yanvar , 2018 10:05
ABŞ-da neft hasilatı bərpa olunub

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-da 5-12 yanvar həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.

"Report" xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.

Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-da neft ehtiyatları 6,861 mln. barel və ya 1,63% azalaraq 412,7 mln. barelə düşüb. Analitiklər ehtiyatların 3,6 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları əvvəlki həftə 4,9 mln. barel azalma göstərib.

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 3,99 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,62 mln barel və ya 1,53% artaraq 240,9 mln. barelə çatıb. Əvvəlki həftə isə benzin ehtiyatları 3,13 mln. barel artıb.

ABŞ-da hesabat həftəsində neft hasilatı 258 min barel və ya 2,72% artaraq 9,75 mln. barel/günə çatıb. Xatırladaq ki, əvvəlki həftə hasilat soyuq hava şəraiti səbəbindən 290 min barel və ya 2,96% azalaraq 9,492 mln. barel/gün təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, neftin qiyməti yüksək səviyyədə qalmağa davam edəcək. 2018-ci ilin ilk rübündə "Brent" markalı neftin 55-73 dollar/barel diapazonunda olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi