ABŞ-da neft hasilatı 10 mln. barel/gün həddini ötüb

ABŞ-da neft hasilatı 10 mln. barel/gün həddini ötüb Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-da yanvarın 27-dən fevralın 2-dək neft hasilatının gündəlik həcmi tarixi rekord həddə çatıb. Bununla yanaşı, ölkədə neft ehtiyatlarının həcmi artım göstərib.
Energetika
8 Fevral , 2018 09:30
ABŞ-da neft hasilatı 10 mln. barel/gün həddini ötüb

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-da yanvarın 27-dən fevralın 2-dək neft hasilatının gündəlik həcmi tarixi rekord həddə çatıb. Bununla yanaşı, ölkədə neft ehtiyatlarının həcmi artım göstərib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Hesabata əsasən, həftə ərzində gündəlik neft hasilatı 332 min barel və yaxud 3,3% artaraq 10,251 mln. barelə çatıb.

Hesabat həftəsində ABŞ-ın neft ehtiyatlarının həcmi isə 1,895 mln. barel və yaxud 0,45% artaraq 420,3 mln. barelə yüksəlib. Analitiklər ehtiyatların 3,15 mln. barel azalacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 6,776 mln. barel artım nümayiş etdirib.

ABŞ-ın benzin ehtiyatlarında da artım müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 0,5 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,414 mln. barel və yaxud 1,41% artaraq 245,5 mln. barelə yüksəlib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 1,98 mln. barel azalmışdı.

"Report"un analitik qrupu bildirir ki, bu xəbər neft qiymətlərinin azalmasına səbəb olub. "Brent" markalı neft 65 dollar/barelə qədər geriləyib. Lakin, qlobal iqtisadi artımın sürətlənməsi fonunda, dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi