ABŞ-da neft ehtiyatlarının azalması qiymətin 54 dollar/bareli keçməsinə səbəb olub

ABŞ-da neft ehtiyatlarının azalması qiymətin 54 dollar/bareli keçməsinə səbəb olub Neftin qiymətinin 65 dollar/barelə qədər artacağı gözlənilir
Energetika
5 Aprel , 2017 09:47
ABŞ-da neft ehtiyatlarının azalması qiymətin 54 dollar/bareli keçməsinə səbəb olub

Bakı. 5 aprel. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 25-31 mart həftəsində 2016-cı ildən bugünədək ən yüksək həcmli azalma göstərib. "Report" Amerika Neft İnstitutunun (API) hesabatına istinadən xəbər verir ki, ABŞ-ın xam neft ehtiyatları 1,83 mln. barel azalıb və tarixi rekord səviyyədən aşağı düşüb.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, aprelin 5-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,5 mln. barel azalacağını proqnozlaşdırır. Lakin görünən odur ki, neft ehtiyatlarında azalma bir qədər çox ola bilər.

"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti 50 dollar/barel səviyyəsinə endikdən sonra dünyada və ABŞ-da neft ehtiyatlarının azalması xəbərləri ilə artmağa başlayıb və hazırda 54 dollar/bareldən baha satılır. Bunun digər səbəbi kimi OPEC təşkilatının apreldə keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzada biləcəyi barədə səsləndirdiyi fikirlər olub.

Analitik qrup neft qiymətlərinin tədricən bu səviyyədən yüksələrək may ayında 65 dollar/barelə çatacağını ehtimal edir: "Daha əvvəl də qeyd etdiyimiz kimi, "Brent" markalı neft 50,47 səviyyəsindəki boşluğu artıq doldurub və yuxarı istiqamətdə hərəkətə başlayıb".

Son xəbərlər

Orphus sistemi