ABŞ-da neft ehtiyatlarının azalması onun bahalaşmasına səbəb olub

ABŞ-da neft ehtiyatlarının azalması onun bahalaşmasına səbəb olub API ABŞ-da ehtiyatların azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmağa başlayıb
Energetika
9 İyun , 2021 12:49
ABŞ-da neft ehtiyatlarının azalması onun bahalaşmasına səbəb olub

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmağa başlayıb.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,57 % bahalaşaraq, 1 bareli 72,62 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,63 % artaraq, 1 bareli 70,47 ABŞ dolları təşkil edib.

Daha əvvəl API 4 iyun tarixinədək olan həftə ərzində ABŞ-da kommersiya ehtiyatlarının 2,1 milyon barel azaldığı barədə məlumat vermişdi. Analitiklər ehtiyatların 3,6 milyon barel azalacağını güman edirdilər.

İnvestorlar bu axşam ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanacaq kommersiya ehtiyatları ilə bağlı rəsmi stastistikanı gözləyirlər. Analitiklər ehtiyatların 2 milyon barel azaldığını güman edirlər.

Tələbin artması və iqtisadiyyatın bərpa olunması perspektivləri “qara qızıl” bazarındakı müsbət dinamikaya də təsir göstərib. Məhdudiyyətlərin tədricən aradan qaldırılması ilə yanacağa olan tələbat da artır.

Son xəbərlər

Orphus sistemi