Yuxarı

ABŞ-da neft ehtiyatları artmağa başlayıb

ABŞ-da neft ehtiyatları artmağa başlayıb

Gündəlik neft hasilatı isə 13% yüksəlib

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 14 oktyabr-20 oktyabr həftəsi ərzində gözlənilmədən 0,856 mln. barel və yaxud 0,2% artaraq 457,3 mln. barelə yüksəlib.

"Report" "Forexpf.ru" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) məlumat yayıb.

Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər neft ehtiyatlarının 2,6 mln. barel azalacağını ehtimal edirdilər.

Hesabat dövründə ölkənin benzin ehtiyatları isə 5,5 mln. barel azalıb. Analitiklər benzin ehtiyatlarının 0,17 mln. barel azalacağını proqnozlaşdırırdılar.

ABŞ-da gündəlik neft hasilatı 1,1 mln. barel və ya 13% artaraq 9,507 mln. barelə yüksəlib. Qeyd edək ki, ABŞ-da neft hasilatının maksimal həddi 2015-ci il iyun ayının ilk həftəsində (9,61 mln. barel/gün) qeydə alınıb. Hazırda ABŞ-da gündəlik neft hasilatı rekord həddən sadəcə 100 min barel və ya 1,07% aşağıdır.

Neftin qiyməti açıqlanan göstəricilərdən sonra önəmli dəyişiklik göstərməyib və 58 dollar/bareldən bir qədər yuxarı həddə qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi