Yuxarı
    Bağlamaq

    ABŞ-da müflisləşmiş neft-qaz şirkətlərinin sayı ən yüksək həddə çatıb

    Bu sahənin ən azı 9 nümayəndəsi 2 milyard dollardan artıq ümumi borcla iflas olmasıyla bağlı məhkəməyə müraciət edib

    Bakı. 25 dekabr. REPORT.AZ/ 2015-ci ilin 4-cü rübündə ABŞ-da neft-qaz şirkətlərinin iflas sayı 2008-ci ildəki dünya maliyyə böhranı dövründən sonra ən yüksək həddə çatıb. "Report" "Neft Rossii"yə istinadən xəbər verir ki, Dallas Federal Ehtiyat Bankının məlumatları bunu sübut edir.

    Belə ki, bu sahənin ən azı 9 nümayəndəsi bu ilin oktyabr-dekabr aylarında 2 milyard dollardan artıq ümumi borcla iflas olmasıyla bağlı məhkəməyə müraciət edib. Bu şirkətlər arasında "Magnum Hunter", "Energy and Exploration Partners" və "Far East Energy" kimi müəssisələr var.

    FEB-in hesabatına görə, neftin qiymətinin aşağı olması ABŞ-ın neft və qaz istehsalı ilə məşğul olan şirkətlərinə böyük maddi ziyan vurub. Çünki həmin şirkətlərin istehsal xərcləri xarici rəqiblərininkindən daha yüksəkdir.

    Eyni zamanda, bankın analitikləri növbəti il vəziyyətin daha da qəlizləşəcəyini istisna etmir. Belə ki, "Dallas Morning News"un yazdığına görə, qarşıdakı 12 ay ərzində neft və qazın qiymətində artım olmaya bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi