ABŞ-da işlək qazma qurğularının sayı antorekorda getməkdə davam edir

ABŞ-da işlək qazma qurğularının sayı antorekorda getməkdə davam edir İyulun 2-nə olan məlumata əsasən, ölkədə 263 qurğu işlək vəziyyətdədir
Energetika
295
6 İyul , 2020 19:26
ABŞ-da işlək qazma qurğularının sayı antorekorda getməkdə davam edir

ABŞ-da fəaliyyət göstərən neft şirkətləri qazma qurğularının işini dayandırmağa davam edir.

“Baker Hughes”un məlumatına görə, iyulun 2-nə olan məlumata əsasən, ölkədə 263 qurğu işlək vəziyyətdədir və bu, bir həftə əvvəlkindən 2 ədəd azdır.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu, şirkətin statistika aparmağa başladığı 1944-cü ildən bu yana ən minimum saydır. Ümumiyyətlə, artıq doqquzuncu həftədir ki, ABŞ-da fəaliyyət göstərən qazma qurğularının sayı antirekordu yeniləyir.

Ötən illə müqayisədə isə işlək qurğuların sayı 700 ədəd azalıb. COVID-19 pandemiyası səbəbi ilə bu ilin yazında neft qiymətlərinin düşməsi nəticəsində neftçilər müəssisələrində istehsalı dayandırmaq məcburiyyətində qalıb.

Təxminən iki aya yaxın davam edən Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı qiymət müharibəsi də vəziyyəti ağırlaşdırıb. Nəticədə üç ay (fevral-may) ərzində neft kotirovkaları üçdə iki həcmdə azalıb. “Deloitte”nin daha əvvəl yayımladığı hesabata görə, ABŞ-ın şist neft istehsalçıları bu ilin ikinci rübündə 300 milyard dollara qədər aktivləri silməyə məcbur qalacaqlar. Şirkətin hesablamalarına görə, birinci rübdə ABŞ-ın şist neft istehsalçıları artıq 38 milyard dollar dəyərində aktivləri silib.