​ABŞ-da işlək neft quyularının sayı kəskin azalıb

​ABŞ-da işlək neft quyularının sayı kəskin azalıb Son iş günündə Texas neftinin qiyməti 29 dollar/bareli keçib
Energetika
13 Fevral , 2016 15:40
​ABŞ-da işlək neft quyularının sayı kəskin azalıb

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ-ın "Baker Hughes" şirkəti tərəfindən hər həftənin cümə günləri açıqlanan hesabata əsasən, ölkədə işlək vəziyyətdə olan neft və qaz quyularının sayı kəskin azalıb. 

"Report" xəbər verir ki, keçən həftə ümumi neft-qaz quyularının sayı 30 ədəd və ya 5,3% azalaraq 541 ədəd təşkil edib. Aktiv neft quyularının sayı 28 ədəd və ya 6% azalaraq 439 ədəd, qaz quyularının sayı isə 2 ədəd və ya 2% azalaraq 102 ədədə enib.

Beləliklə, aktiv quyuların sayının azalması son 22 həftədə 21 dəfə baş verib. Hesabatın açıqlanmasından sonra, dünən (fevralın 12-də) WTI markalı Texas neftinin qiyməti günü 10,89% artımla - 29,07 dollar/barelə yüksələrək tamamlayıb.

Son xəbərlər

Orphus sistemi