Yuxarı
    Bağlamaq

    ABŞ-da gündəlik neft hasilatı sürətlə artır

    Qlobal neft ehtiyatları azalmağa davam edir

    Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ-ın gündəlik neft hasilatı 1-7 aprel həftəsində 36 min barel və ya 0,39% artaraq 9,235 mln. barelə çatıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən rəsmi məlumat verilib. Hesabatda həmçinin bildirilir ki, həftə ərzində ABŞ-ın neft ehtiyatları 2,2 mln. barel və ya 0,4% azalaraq 533,4 mln. barelə enib. Neft ehtiyatlarının azalmasına baxmayaraq, investorlar ABŞ-da gündəlik hasilatın artmasından daha çox narahat olublar və nəticədə dünənki hərraclarda neft qiymətlərində azalma qeydə alınıb. Belə ki, "Brent" markalı neftin qiyməti təxminən 2% ucuzlaşaraq 55,50 dollar/barelə kimi geriləyib.

    "Report"un analitik qrupu bildirir ki, neft qiymətləri dünya neft ehtiyatlarında azalmanın davam etməsi fonunda artım tendensiyası göstərəcək. OPEC ilin əvvəlindən başladığı hasilatın azaldılması proqramının tətbiqi ilə 2017-ci ilin ilk yarısında qlobal neft ehtiyatlarını 300 mln. barel azaltmağı hədəflədiyini bəyan edib. Norveçin "SEB" bankının hesabatına görə, son 4 həftə ərzində qlobal neft ehtiyatları 42 mln. barel azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi