ABŞ-da gündəlik neft hasilatı azalıb

ABŞ-da gündəlik neft hasilatı azalıb Rəsmi məlumata əsasən, ABŞ-da neft ehtiyatları 1,3% artıb
Energetika
2 Fevral , 2017 14:33
ABŞ-da gündəlik neft hasilatı azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ-da 21-27 yanvar həftəsində gündəlik neft hasilatı 0,5% azalaraq 8,915 mln. barel təşkil edib. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) rəsmi məlumat yayıb. 

Təşkilatdan verilən məlumatda həmçinin bildirilir ki, hesabat həftəsində ABŞ-da neft ehtiyatları 6,466 mln. barel və ya 1,3% artaraq 494,8 mln. barelə çatıb. Benzin ehtiyatlarının isə həftə ərzində 3,866 mln. barel, distillat ehtiyatlarının 1,568 mln. barel artdığı qeyd olunur. Məlumatın açıqlanması "Brent" markalı neftin qiymətinin 56 dollar/bareli ötməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi