ABŞ-da gündəlik hasilat 9,2 mln. barelə yüksəlib

ABŞ-da gündəlik hasilat 9,2 mln. barelə yüksəlib Bu, neftin qiiymətinin zəifləməsinə səbəb olub
Energetika
6 Aprel , 2017 11:12
ABŞ-da gündəlik hasilat 9,2 mln. barelə yüksəlib

Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-da 25-31 mart həftəsində gündəlik neft hasilatı 52 min barel və ya 0,57% yüksələrək 9,199 mln. barelə çatıb. "Report" ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) hesabatına istinadən xəbər verir ki, hesabat həftəsində neft ehtiyatlarının həcmi proqnozlaşdırılan 1,5 mln. barel azalmanın əksinə 1,566 mln. barel və ya 0,3% artım göstərib və 535,5 mln. barelə çatıb. Nəticədə, "Brent" markalı neftin qiyməti 2% azalaraq 53,97 dollar/barelə geriləyib. Hazırda "Brent" markalı neft 54 dollar/bareldən bir qədər baha satılır.

"Report"un analitik qrupu neft qiymətlərinin qısa müddətdə 53-56 dollar ətrafında hərəkət edəcəyini, yaxın 3-6 ayda isə 60-65 dollar/barelə qədər artacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi