ABŞ-da “Exxon Mobil”in zavodunda güclü yanğın olub - VİDEO

ABŞ-da “Exxon Mobil”in zavodunda güclü yanğın olub - VİDEO ABŞ-ın Luiziana ştatında dünyanın ən böyük neft şirkətlərindən biri olan “Exxon Mobil”in zavodunda yanğın olub.
Energetika
12 Fevral , 2020 18:03
ABŞ-da “Exxon Mobil”in zavodunda güclü yanğın olub - VİDEO

ABŞ-ın Luiziana ştatında dünyanın ən böyük neft şirkətlərindən biri olan “Exxon Mobil”in zavodunda yanğın olub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə müəssisənin yerləşdiyi Baton Ruj şəhərinin yanğınsöndürmə xidmətindən məlumat verilib.

İnternetdə yanğının videosu da yayılıb. Videoda alovun binadan necə çıxdığı görünür. Yanğın səbəbi ilə səma narıncı rəngdə görünür.

Hadisə zonası xüsusi xidmət orqanları və polis tərəfindən mühasirəyə alınıb, yanğın lokallaşdırılıb.

Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi