ABŞ-da avtomobil mövsümünün açılması benzinə tələbi artıracaq

ABŞ-da avtomobil mövsümünün açılması benzinə tələbi artıracaq Neft ehtiyatlarında azalma gözlənilir
Energetika
30 May , 2017 19:26
ABŞ-da avtomobil mövsümünün açılması benzinə tələbi artıracaq

Bakı. 30 may. REPORT.AZ/ ABŞ-da mayın 29-da "Xatirə günü" bayramı rəsmi olaraq avtomobil səyahəti mövsümü açılıb. 

"Report" xəbər veriur ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika Avtomobil Assosiasiyasının (AAA) bayramdan əvvəl verdiyi proqnozlarına görə, həmin gün 39,3 mln. amerikalı öz evindən ən az 80 km. məsafədə səyahətə çıxacaq. Bu proqnoz-göstərici 2005-ci ildən etibarən ən yüksək hədd hesab olunur.

Avstraliyanın ANZ bankının analitiklərinə görə, avtomobil mövsümünün başlaması neft bazarında inamı artıracaq: "Nəticədə neft ehtiyatlarının yaxın həftələrdə azalması gözlənilir".

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-da aktiv neft quyularının və gündəlik hasilatın artması neftin qiymətini azaltsa da yay aylarında ABŞ-da neft və benzin ehtiyatlarında geriləmə ehtimalları qiymətləri bu səviyyədə sabitləşdirəcək. Hətta neftin qiymətinin bir qədər yüksəlməsi və 55 dollar/barelə çatması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi