Yuxarı
    Bağlamaq

    ABŞ-da aktiv neft quyularının sayı yenidən artıb

    ABŞ-dakı prezident seçkilərinin nəticələri neft qiymətlərinə ciddi təsir edə bilər

    Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı oktyabrın 29-dan noyabrın 4-dək 12 ədəd və ya 2,2% artaraq 569-a çatıb.

    "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 9 ədəd və yaxud 2% artaraq 450 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 2,63% artaraq 117 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 122 ədəd və yaxud 21,3%, qaz quyularının sayı isə 82 ədəd və yaxud 41,2%, ümumilikdə isə neft-qaz quyularının sayı 202 ədəd və yaxud 26,2% azalıb.

    Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 42,4% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 72% aşağıdır.

    "Report"un analitik qrupu hesab edir ki, hər hansı gözlənilməz hadisə baş verməsə və ya hasilatçı ölkələrdən ciddi açıqlama gəlməsə, neft qiymətləri enməyə davam edəcək. Neft qiymətlərinə sabah ABŞ-da keçiriləcək prezident seçkilərinin də ciddi təsir edəcəyi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi