Yuxarı
    Bağlamaq

    ABŞ-da aktiv neft quyularının sayı kəskin artıb

    Neftin qiyməti isə aşağı düşüb

    Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 3-9 fevral həftəsi ərzində 26 ədəd və yaxud 3,4% artaraq 791 ədədə çatıb. 

    "Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb.

    Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı 3 ədəd və yaxud 1,66% artaraq 184 ədədə çatıb. Son nəticədə, fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 29 ədəd və yaxud 3,06% artaraq 975 ədəd təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 200 ədəd və yaxud 33,8%, aktiv qaz quyularının sayı 35 ədəd və yaxud 23,5%, ümumilikdə isə, fəaliyyətdə olan neft-qaz quyularının sayı 234 ədəd və yaxud 31,6% artıb.

    Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,5 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,8% aşağıdır.

    Qeyd edək ki, ABŞ-da 27 yanvar-2 fevral həftəsində neft hasilatı 332 min barel və yaxud 3,34% artaraq rekord səviyyə - 10,251 mln. barel/günə çatıb.

    "Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 55-73 dollar arasında dəyişəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi